Texnologiya

Tramp “Twitter”də yazmağa davam edəcək

17 Yanvar 2017 08:59
0 Şərh     Baxış: 2 478
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp "Twitter"dəki şəxsi səhifəsini bağlamaq niyyətində olmadığını deyib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, D. Tramp "The Times" qəzetinə müsahibəsində andiçmədən sonra hansı ad altında "Twitter"də yazmağa davam edəcəyi ilə bağlı suala belə cavab verib: "Düşünürəm ki, "@RealDonaldTrump" səhifəsini saxlayacağam".
 
D. Tramp bildirib ki, hazırda onun "Twitter" və "Facebook" səhifələrinin 46 milyon izləyəni var: "Mətbuat mənim haqqımda həqiqətləri yazmadığı üçün "Twitter" vasitəsilə öz fikrimi ifadə edirəm".
 
Yeni prezident mikrobluqun idarə edilməsi işində ona bir neçə nəfərin yardımçı olduğunu söyləyib: "Mən onlara diktə edirəm və onlar yazır".
 
Qeyd edək ki, D. Tramp yanvarın 20-də keçiriləcək andiçmə mərasimindən sonra ABŞ prezidentinin "Twitter"dəki rəsmi akkauntuna da (@POTUS) sahib olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.