Ölkə

Bakıda daha bir bina sökülür - VİDEO

11 May 2024 00:12
Baxış: 2 095
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən üçmərtəbəli bina sökülür. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, amma sakinlərin bəziləri ərazidə yeni bina tikəcək şirkətlə razılığa gələ bilmədiklərini iddia ediblər.

Sakinlərin sözlərinə görə, şirkət onları söküntüyə razılıq vermədiklərinə görə məhkəməyə verib.

Tikinti korporativinin hüquqşünası isə bildirib ki, sakinlərin iddiaları əsassızdır:

"Digər sakinlərin hamısı razılaşaraq köçüblər. Sadəcə bir neçə ailə evləri üçün fantastik məbləğ tələb edir və mənzillərdən çıxmamaqla digər sakinlərin də hüquqlarını pozurlar".
O da bildirilib ki, ilkin olaraq 130 sakinin köçürülməsi planlaşdırılır.

Qeyd edək ki, Bakının Nəsimi rayonu, Abbas Səhət 25 ünvanında da söküntü işləri aparılır.

Ətraflı süjetdə:

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.