Ölkə

Muxtar Babayev COMSATS-ın baş qərargahında oldu

10 May 2024 23:06
Baxış: 455
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev Pakistana səfəri çərçivəsində Cənubda Dayanıqlı İnkişaf üçün Elm və Texnologiya Komissiyasının (COMSATS) paytaxt İslamabaddakı baş qərargahında olub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Muxtar Babayev COMSATS-ın icraçı direktoru Məhəmməd Nafis Zakariya və digər rəsmi şəxslərlə görüşüb.

Pakistan Baş nazirinin İqlim Dəyişikliyi və Ətraf Mühitin Koordinasiyası üzrə koordinatoru Romina Xurşid Alamın da iştirak etdiyi tədbirdə nazir Muxtar Babayev ağac əkib. Burada COP29, o cümlədən davamlı inkişaf, iqlim dəyişikliyi mövzularında müzakirələr aparılıb.

Muxtar Babayev Pakistanın Milli Fəlakətlərin İdarə Edilməsi Təşkilatının nümayəndələri ilə də iqlim dəyişikliyinin nəticələrini müzakirə edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.