“Bunları “YouTube”dan sildirmişəm"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"İfaçılar mənim repertuarımda yer alan bir sıra mahnılara icazəsiz müraciət edirlər. Adını çəkmək istəmədiyim iki ifaçı mənim mahnımı icazəsiz oxuduqları üçün həmin ifanı hər yerdən sildirdim".
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Xalq artisti Faiq Ağayev qonaq olduğu "Xəbərin var?!" maqazin verilişində deyib.
Sənətçi bildirib ki, bir sıra məşhur mahnıları oxumazdan əvvəl istər müğənninin, istərsə də nəğmələrin müəlliflərindən icazə alıb:
"Qanuni haqlarımla, yəni buna haqqım çatır, iki ifaçı mahnılarımı icazəsiz şəkildə oxuyub sonra isə "YouTube" video platformasında yayımladıqları üçün ifalarını oradan sildirmişəm. İllər əvvəl Əlibaba Məmmədovun yanına qardaşımı kasetlə göndərdim ki, ifa etdiyim "Dəşdi" mahnısına qulaq asıb icazə versin. O, icazə verdikdən sonra mən o mahnını oxumağa başladım. Polad Bülbüloğlunun "Gəl, ey səhər" mahnısını otağında dinlətdirdim, razılığını alıb ifa etdim. Bu yaxınlarda bir layihə ilə bağlı "Sən necə də gözəlsən" mahnısını oxumağı təklif aldım. O nəğməni səsyazma studiyasında yazdırdım, amma radioya təhvil verməzdən əvvəl mahnının müəllifi İsmayıl Əsədova göndərdim və ondan da razılığını aldım".
F.Ağayev onun repertuarında yer alan mahnıları icazəsiz şəkildə ifa edən həmkarlarına sətiraltı ismarışlar yollayıb:
"Mənim "Pəncərə", "Səni əvəz eləmir", "Ömür bu mu?" adlı mahnılarımı ifaçılar restoranlarda oxuyurlar. Misal üçün, Lalə Məmmədova, Mərdan Kazımov, Kamil Səmədli və bir sıra digər həmkarlarım mənə zəng edib mahnımı oxumaqları üçün icazə aldılar. Mən də onlara bu icazəni verdim. Bir bu qədər insana mahnımı ifa etmələrinə icazə verirəmsə, icazəsiz oxuyan sənə beyəm, mən "Yox" deyəcəkdim? "Hə" deyəcəkdim, yetər ki, sən mənə düzgün şəkildə müraciət et. Oxuyursunuz, əcəb edirsiniz... Amma məşhurlaşmış mahnı ilə sən əgər gündəmə gəlirsənsə, sənin çiyninin üstündə mənim haqqım var".
Qeyd edək ki, müğənni Rəsul Əfəndiyev Faiq Ağayevin icazəsi olmadan "Səni əvəz eləmir" mahnısını oxuduğu üçün ifası "YouTube"dan sildirilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq
-
Qubada 30 yaşlı kişi dəm qazından boğularaq öldü





