Texnologiya

İranda beş milyon sayta giriş bağlanıb

29 Oktyabr 2014 20:56
0 Şərh     Baxış: 763
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İranda insan hüquqlarının vəziyyəti üzrə xüsusi məruzəçi Əhməd Şahid ölkədə ölüm cəzasının tətbiqinin artmasına, jurnalistlərin təzyiqə, qadınların diskriminasiyaya məruz qalmalarına, söz azadlığı və internetə çıxışın məhdudlaşdırılmasına diqqət yönəldib. İranda beş milyon sayta giriş bloklanıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, BMT-nin nümayəndəsi bildirib ki, 2014-cü ilin mayında Facebook şəbəkəsində şərh yerləşdirmiş səkkiz insan kafirlik, ali rəhbərliyin təhqirinə və mövcud rejimə qarşı təbliğatın aparılmasına görə ümumilikdə 123 il müddətinə həbs cəzasına məruz qalıblar.

İranda indiyədək internetə çıxış tənzimləmə mexanizmləri və filtrlərdən istifadə yolu ilə məhdudlaşdırılır. Təxminən 5 milyon sayt bloklanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.