Texnologiya

Google yenə şirkət aldı

14 Sentyabr 2014 20:56
0 Şərh     Baxış: 778
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Google şirkəti onlayn-sorğular üzrə ixtisaslaşmış Polar startapını satın alıb. Google şirkəti satın alınmış şirkətin həllərndən gələcəkdə Google+ sosial şəbəkəsində istifadə etmək niyyətindədir. Sazişin şərtləri açıqlanmır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, satın alınmış şirkətin Google+un strukturunda işləyəcəyi bildirilib. Xatırladaq ki, Google şirkəti bu yaxınlarda Google+ sosial şəbəkəsinin auditoriyası haqda yeni məlumatları açıqlayaraq bildirib ki, resursdan 300 milyondan çox istifadəçi istifadə edir. Müqayisə üçün, Facebookda bu göstərici 1,2 milyard təşkil edir.

Polar şirkəti ötən il təsis edilib. Şirkət müxtəlif sorğuların tərtibi üçün proqram həlləri təklif edir.

Şirkət son 8 ayda 500 milyondan çox sorğu tərtib edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.