Ölkə

Fransada Natəvanın heykəlinin bərpadan sonra açılışı oldu

10 May 2024 21:50
Baxış: 736
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın paytaxtı Parisdə XIX əsr tanınmış Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinin açılışı olub.

Milli.Az kult.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Mərkəzində baş tutan açılış mərasimində Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, fransalı siyasətçılər, iş adamları, jurnalistlər və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Leyla Abdullayeva Azərbaycanın dahi şairəsinin həyat və yaradıcılığından danışıb. Səfir heykəlin Fransanın Evan Le Bən şəhərində uğradığı vandalizm haqqında qonaqlara məlumat verib.

Heykəlin açılış mərasimində Bakıda anadan olmuş Rusiyada, daha sonra Fransada yaşayıb fəaliyyət göstərən opera ustası Timur Abdikiyev Azərbaycan klassik musiqisindən parçalar ifa edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.