Ölkə

Pakistanın Baş naziri COP29-a dəvət olunub

10 May 2024 21:36
Baxış: 338
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayevi qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Muxtar Babayev Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakla bağlı dəvət məktubunu Baş naziri Məhəmməd Şahbaz Şərifə təqdim edib.

Baş nazir səmimi dəvətə görə Prezident İlham Əliyevə təşəkkürünü və bu il dünya liderlərinin ən mühüm toplantısı olan COP29-a ev sahibliyinə görə təbriklərini çatdırmağı xahiş edib. Baş nazir COP29-u səbirsizliklə gözlədiyini söyləyib.

Məhəmməd Şahbaz Şərif Pakistanın Pakistanın Azərbaycanı COP29-la bağlı hərtərəfli dəstəklədiyini vurğulayıb.

Muxtar Babayev COP29-a hazırlıq prosesində Azərbaycana göstərdiyi dəstəyə görə Baş nazirə minnətdarlığını bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.