İran

İranda qəzada ölən valinin yerinə TƏYİNAT

20 May 2024 20:20
Baxış: 1 235
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şərqi Azərbaycan əyalətinin valisi Malik Rəhmətinin helikopter qəzasında ölməsindən sonra onun yerinə yeni vali təyinatı olub.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə İran Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Turab Məhəmmədi bu vəzifəyə gətirilib. Bu barədə daxili işlər naziri Əhməd Vahidinin mayın 20-də Təbrizə gəlişindən sonra keçirilən iclasda qərar verilib.

Qeyd edək ki, Turab Məhəmmədi bundan əvvəl keçmiş vali Malik Rəhmətinin siyasi məsələlər üzrə müavini olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.