Sağlamlıq

Oturaq həyat tərzinin daha bir ZƏRƏRİ

10 May 2024 22:06
Baxış: 484
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oturaq həyat tərzinin daha bir təhlükəli nəticəsi məlum olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, araşdırmalara görə, hərəkətliliyin olmaması metabolik sindromun, piylənmənin, xərçəngin və ürək-damar xəstəliklərinin inkişafına səbəb olur.

Amerikalı mütəxəssislər müəyyən ediblər ki, hərəkətliliyin olmaması, digər şeylərlə yanaşı, demensiyaya da səbəb ola bilər.

Tədqiqatçılar 60 yaşdan yuxarı 100 mindən çox insanın iştirak etdiyi eksperiment aparıblar. Könüllülərdən akselerometrləri bir həftə, gündə 24 saat taxmaq istənib. Bu cihazlar onların bütün hərəkətlərini qeydə alıb. Bununla belə, tədqiqat iştirakçıları müşahidənin əvvəlində demensiyaya malik deyildilər.

Mütəxəssislər təcrübənin nəticələrini maşın öyrənmə alqoritminə yükləyiblər. Məlum olub ki, 6 il ərzində bu xəstəliyə 414 yoluxma qeydə alınıb.

Demoqrafik və həyat tərzi faktorlarını tənzimlədikdən sonra tədqiqatçılar gündə 10 saatdan çox hərəkətsiz vaxt keçirən yaşlı insanlar arasında demans riskinin əhəmiyyətli dərəcədə artdığını aşkar ediblər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.