01:45
WatsApp messencerinin çökmə səbəbi aydın oldu. Milli.Az mini.donanimhaber.com-a istinadən bildirir ki, buna səbəb WatsApp serverlərinin Facebook İnc.-ə daşınması olub.
Milli.Az-ın oxucusu ViGo Rəsulzade bildirir ki, WhatsApp Versiya 2.2.1-ni yükləyərkən belə məlumat alınıb:
"Serverlər Facebook Inc.-ə daşındı.
Yeni smile və hərəkətli ifadələr əlavə edildi.
Dürtmə (telefonu titrətmə) xüsusiyyəti əlavə olundu.
Göndərilən media elementləri cloud olaraq saxlanacaq. (1 ay boyunca)
1 GB ölçüsünə qədər göndərmək mümkün olacaq.
Danışmalar xüsusi FaceCrypt ilə şifrələnəcək.
Versiya hazır olduqda, yəni bir neçə saat ərzində WhatsApp xidmətinin yeni versiyası təkrar aktiv ediləcək".
---------
01:15
Milli.Az bildirir ki, WatsApp-ın rəsmi Twitter səhifəsində yazılıb: "Üzr istəyirik, hal-hazırda serverdəki problemləri həll etməyə çalışırıq. Ümid edirik ki, tezliklə düzələcək".
-----------------
22.02.2014
23:40
WhatsApp yarım saatdan çoxdur ki, işləmir: ismarışları nə göndərmək, nə qəbul etmək mümkündür.
Milli.Az bgr.in-ə istinadən bildirir ki, şirkətdən müəyyən problemlərin olduğu təsdiqlənib və hazırda mütəxəssislərin onları aradan qaldırmağa çalışdıqları deyilib.
Xidmətin yenidən nə zaman aktivləşəcəyi barədə məlumat verilmir.
Xatırladaq ki, iki gün əvvəl WhatsApp messencerini Facebook şirkəti 19 milyard dollara satın alıb.
---------
23:11
Milli.Az bildirir ki, artıq 10 dəqiqədən artıqdır ki, WhatsApp messenceri işləmir. İstifadəçilər narazılıqlarını Facebook sosial şəbəkəsində bildirirlər.
Ceyhun Ələkbərov
Milli.Az
-------------
23.02.2014
01:15
Böyütmək üçün şəklə klikləyin.
