"Azadi Sports Complex" ərazisində yerləşən 12 min tamaşaçı tutumlu qapalı idman arenası ABŞ və İsrailin hava zərbələri nəticəsində tamamilə dağıdılıb.
Milli.Az xəbər verir ki, zərbə nəticəsində arenanın bütün bölmələri məhv olub. Kompleksin yaxınlığında yerləşən bəzi binalar və idman obyektləri də ciddi ziyan görüb.
Yayılan peyk görüntüləri idman arenasının böyük hissəsinin dağıldığını və obyektin demək olar ki, tam yararsız vəziyyətə düşdüyünü təsdiqləyir.
Bildirilir ki, həmin arena əsasən voleybol yarışları və müxtəlif idman tədbirlərinin keçirilməsi üçün istifadə olunurdu. Hadisə bölgədə davam edən hərbi gərginlik fonunda baş verib.
Milli.Az





