Şou-biznes

Ofelya Şabanova Bülent Ersoyla müqayisə olundu – İfası müzakirə yaratdı - (Video)

25 Oktyabr 2026 14:54
Baxış: 444
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Müğənni Ofelya Şabanovanın türk musiqisinin məşhur ifaçısı Bülent Ersoyun repertuarına müraciət etməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Milli.Az-ın məlumatına görə, sənətçi qonaq olduğu "1001 şou"da həmkarının repertuarından "Yüzünü Göremem" mahnısını canlı ifa edib. Onun çıxışı izləyicilərin diqqətini çəkib və iki ifaçı arasında müqayisələrə yol açıb.

Bəzi dinləyicilər Ofelya Şabanovanın ifasını bəyəndiklərini bildiriblər. Digər istifadəçilər isə mahnının orijinal ifaçısı Bülent Ersoyun ifasına üstünlük verdiklərini qeyd ediblər.

Müğənninin canlı çıxışı ətrafında yaranan fikir ayrılığı sosial şəbəkələrdə maraq doğurub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.