İdman

"Qalatasaray"ın keçmiş ulduzu indi neft KRALIDIR: Milyonlar qazanır

5 Mart 2026 14:00
Baxış: 663
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin "Qalatasaray" klubunun sabiq futbolçusu Covanni dos Santos karyerasını başa vurduqdan sonra biznes fəaliyyəti ilə diqqət çəkib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, bir vaxtlar "Qalatasaray"ın formasını geyinmiş meksikalı futbolçu futboldan ayrıldıqdan sonra investisiya sahəsinə yönəlib. Onun xüsusilə neft sektoruna etdiyi yatırımların böyük gəlir gətirdiyi bildirilir.

İddialara əsasən, Covani dos Santos bu sahədə etdiyi investisiyalar sayəsində təxminən 20 milyon dollar qazanc əldə edib. Keçmiş futbolçunun idman karyerasından sonra biznes dünyasında əldə etdiyi uğur maraq doğurub.

Qeyd edək ki, dos Santos futbolçu olduğu illərdə Avropa və Amerika klublarında çıxış edib. Futbolu bitirdikdən sonra isə o, fəaliyyətini biznes istiqamətində davam etdirərək fərqli sahədə karyera qurmağa qərar verib.

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.