Ölkə

VTB (Azərbaycan)-da sahibkarlar üçün Novruz kampaniyası davam edir

5 Mart 2026 14:53
Baxış: 258
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Novruz bayramı təkcə ənənələrdən ibarət deyil, həm də biznes sahəsi üçün böyük imkanlar yaradır. Belə ki, VTB (Azərbaycan) sahibkarlar üçün mikro kreditlər üzrə xüsusi kampaniya elan edir.

Kampaniya çərçivəsində müştərilər 30 000 manata qədər mikro krediti komissiyasız, girovsuz və zaminsiz, illik 18%-dən başlayan faiz dərəcəsi ilə əldə edə bilərlər. Bu isə məhsulu geniş müştəri auditoriyası üçün daha əlçatan və rahat edir.

Kredit vəsaitləri müştərinin göstərdiyi ünvana çatdırıla bilər, bütün sənədlər isə rəqəmsal SİMA İmza ilə imzalanır. Bu da rəsmiləşdirmə prosesini daha sürətli həyata keçirməyə imkan yaradır.

Novruz bayramı yeni fürsətlər və planların həyata keçirilməsi dövrü hesab olunur və xüsusi təklif müştərilərə şəxsi və biznes təşəbbüslərinin inkişafı üçün əlavə dəstək almağa şərait yaradır. Aksiya məhdud müddət ərzində keçərlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.