Cəmiyyət

Universitet və kolleclərə sənəd qəbulunun vaxtı uzadıldı

5 Mart 2026 18:25
Baxış: 358
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 6 mart saat 12:00-dək uzadılıb.

Milli.Az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak etməlidirlər.

"Ali təhsil və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən bütün abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifə­sin­də "Şəxsi kabinet" yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar), onun istifadəçi adı və parolundan istifadə etmək­lə DİM-in mü­va­fiq internet səhifəsinə daxil olub "Abituriyentin elektron ərizəsi" formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elanı ilə buradan,  ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elanı ilə isə buradan tanış ola bilərsiniz.

Qeyd edək ki, ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olan abituriyentlər 6 mart saat 12:00-dək müvafiq komissiyaya yaxınlaşmalıdırlar", - deyə məlumatda qeyd edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.