Nizami Kino Mərkəzində 2 manata məşhur filmlər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nizami Kino Mərkəzində Britaniya Filmləri Festivalı keçiriləcək.
Milli.Az-ın məlumatına görə, aprelin 25-də Nizami Kino Mərkəzi British Council Azərbaycan və Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ilə birgə İkinci Britaniya Bahar Film Festivalının açılışını keçiriləcək. Britaniya Bahar Film Festivalı aprelin 25-dən 30-dək Nizami Kino Mərkəzində müasir Britaniya kinematoqrafiyasının uğur qazanmış ən yaxşı yeni filmlərini təqdim edəcək.
Qeyd edək ki, British Council Bakıda ilk Britaniya Film Festivalını 2013-cü ildə təşkil etmişdir. İkinci film festivalı Britaniya Film Baharı (British Film Spring) adı altında 2015-ci ildə baş tutmuşdu. Festival Kolm Toybinin eyniadlı romanı əsasında Nik Hornbinin ssenarisi ilə, rejissor Con Kraulinin çəkdiyi Oskar nominasiyalı "Bruklin" adlı tarixi dramın premyerası ilə açılacaq. Festivalın növbəti günlərində, həmçinin aktrisa Meqqi Smitin baş rolda çəkildiyi "Furqondakı ledi", rejissor Endrü Heyin Berlin Kino Festivalının qalibi olmuş "45 il" filmi, baş rollarda Kolin Farrel və Reyçel Vaysın çəkildiyi rejissor Yorqos Lantimosun "Lobster" filmi daxil olmaqla, altı maraqlı və eyni zamanda çox fərqli filmlər izləyicilərə təqdim olunacaq.
Festival müddətində British Council tərəfindən təşkil olunan online müsabiqələrin iştirakçılarına bilet və hədiyyələr təqdim olunacaq.
Bu barədə ətraflı məlumat British Council Azərbaycan və Nizami Kino Mərkəzinin Facebook səhifələrində yerləşdiriləcək.
Azərbaycanda İkinci Britaniya Bahar Film Festivalının təşkil olunması münasibətilə British Council Azərbaycanın direktoru xanım Elizabet Uayt bildirib:
"Məqsədimiz Britaniya kinematoqrafçılarının filmlərini azərbaycanlı tamaşaçılara təqdim etmək, eyni zamanda innovasiyalar, müxtəliflik və mükəmməlliyi nümayiş etdirmək və mədəni mübadilələr üçün imkanlar axtarmaqdır. Bu ilin Bahar Britaniya Filmləri Festivalında həqiqətən maraqlı olan yeni filmlər təqdim edilir. Ümid edirəm ki, Bakı tamaşaçıları bu filmlərin bir çoxunu izləyəcəklər".
Bütün filmlər Nizami Kino Mərkəzində rus dilində alt yazılarla ingilis dilində nümayiş ediləcək. Biletləri Nizami Kino Mərkəzinin kassalarında əldə etmək mümkündür. Biletlərin qiyməti 2 manatdır.
Festivalda göstəriləcək filmlərin seans cədvəlini təqdim edirik:"Bruklin" 25 aprel saat 19:00-da, "Furqondakı ledi" 26 aprel saat 14:30-da, "Mister Homs" 26 aprel saat 18:30-da, "Lobster" 27 aprel saat 14:30-da, "45 il" 27 aprel saat 18:30-da, "Mister Homs" 28 aprel saat 14:30-da, "Mənə qulaq as, Marlon" 28 aprel saat 18:30-da, "Bruklin" 29 aprel saat 18:30-da, "45 il" 30 aprel saat 14:30-da.
Media nümayəndələri aprelin 25-də saat 12:00-da Nizami Kino Mərkəzinin mətbuat zalında keçiriləcək Britaniya Bahar Film Festivalının Mətbuat Konfransına dəvət olunurlar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Görkəmli italyan bəstəkarı Pietro Mascagni-nin məşhur “Kənd namusu” operası təqdim olundu - FOTO
-
3D texnikasında yeni baxış! “Nağılları Yaşadan İlmələr. Qarabağ xalçaları” eksklüziv kolleksiyası yaradılıb - FOTO
-
Arts Olimpia 2026: Bakıda 2000-ə yaxın gənc istedadın iştirakı ilə incəsənət olimpiadası keçiriləcək
-
Barat Vüsalın 75 illik yubileyi münasibətilə “Uzanan ömrüdü şair dünyanın” adlı ədəbi-bədii gecə keçirilib - FOTO
-
“Sazın səsi, sözün nəfəsi” layihəsi Aşıq Ələsgərin vəfatının 100-cü ildönümünə həsr edilib - FOTO
-
"Meri Poppins" nağılı əsasında hazırlanan eyniadlı tamaşasının premyerası keçirilib - FOTO
XƏBƏR LENTİ
-
Çempionlar Liqasına bu kanallarda baxa biləcəksiniz
-
Mask "ChatGPT"nin sahibini məhkəməyə verdi - FOTO
-
Mayda soyuqlar davam edəcək, yoxsa istilər BAŞLAYIR?
-
Beynəlxalq axtarışda olan şəxs Türkiyədə tutularaq Azərbaycana ekstradisiya edilib
-
Maldiv sevərlərə ŞAD XƏBƏR: Viza ləğv EDİLDİ
-
Bu malların buraxılışı dayandırıla bilər
-
Azərbaycanda çox adam yemir, amma təbii “dopinq” İMİŞ
-
Azərbaycanlı qızla evlənmək üçün müsəlmanlığı qəbul edib, adını DƏYİŞDİRDİ - VİDEO
-
Xalıq Rəhmanov yüksək vəzifəyə təyin EDİLDİ
-
Estetik əməliyyat üçün 10 milyon xərclədi - FOTO
-
Gömrükdə sistem DƏYİŞİR: Artıq hər kəs belə yoxlanılacaq
-
“Ana olmağı heç İSTƏMİRƏM”
-
Görkəmli italyan bəstəkarı Pietro Mascagni-nin məşhur “Kənd namusu” operası təqdim olundu - FOTO
-
Aİ Ukraynaya ayrılan yardımdan hərbçilərin maaşına istifadə etməyə icazə verib
-
Olise Platini, Desayi və Zidanın sırasına QOŞULDU
-
Azərbaycanda bu avtomobillər BAHALAŞDI
-
Əməkdar artist həyat yoldaşı ilə FOTOsunu paylaşdı
-
“Formula-1”də mühərrik mübahisəsi
-
Paytaxtda 9-cu mərtəbədən yıxılan kişi öldü
-
ABŞ və Çin arasında BÖYÜK KRİZİS: Dünya bu görüşə kilidləndi
-
"Artıq həmin yaxşı adam yoxdur" - FOTO
-
Bakıda gənc oğlan gələcək qayınanasının qızıllarını oğurlayıb nişan ETDİ
-
Metronun yeni xətti təhlükə yaradır? - Rəsmi CAVAB
-
Ayın son günü şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ





