Azərbaycanın ilk aktrisası kimdir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İlk dəfə 1906-cı ildə səhnəyə çıxan teatrımızın ilk xanım aktrisası Gövhər Qazıyeva teatr tarixində "Göyərçin xanım" adıyla xatırlanır.
1887-ci ildə Tiflisdə ziyalı ailəsində anadan olan Gövhər xanım Azərbaycan və rus dillərində mükəmməl təhsil alıb. Tiflis Nəcib Qızlar İnstitutunu bitirib.
19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində başqa sahələrdə olduğu kimi Tiflisin teatr mühiti də Bakıdakından fərqli olaraq, çox canlı və maraqlı idi. Elə o zaman fəaliyyət göstərən Tiflis zadəgan teatrında azərbaycanlı aktyor və aktrisalar da çıxış edirdi. Eyni dövrdə paralel olaraq Mirzə Əli Abbasovun "Dram cəmiyyəti", Həbib bəy Köçərlinskinin başçılıq etdiyi "Səadət" truppası və başqa Azərbaycan truppaları fəaliyyət göstərirdi.
Zadəgan həyatında aktiv olan ali təhsilli Gövhər də teatr mühitinə yaxın idi. Azərbaycan truppalarının tamaşalarında aktiv iştirak edən Gövhərin teatr həvəsi 1906-cı ildə onun ilk dəfə səhnəyə çıxması ilə nəticələnir. Gövhərin Tiflis zadəgan teatrında ilk çıxışı isə 1910-cu il oktyabrın 9-da olur. Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin" faciəsində çox böyük uğurla oynayan aktrisa oktyabrın 30-da Şəmsəddin Saminin hazırladığı "Gaveyi-ahəngdar" tamaşasına dəvət alır.
"Göyərçin xanım" tezliklə bütün Qafqazda məşhurlaşır. Hətta Bakıda qəzetlər onun haqqında yazmağa başlayır. Bunun ardından "Nicat" cəmiyyəti onu Bakıya dəvət edir. Bakıda bir çox tamaşalarda çıxış edən Gövhər xanım Azərbaycan teatrının ilk qadın "Leyli"lərindəndir. Bundan başqa, aktrisa Bakıda Henrix Heynenin "Əlmənsur", Loxmanovun "Napaleonun vəfatı", Namiq Kamalın "Qara bəla", Nəriman Nərimanovun "Nadir şah", Əbdürrəhim bəy Haqverdiyevin "Pəri Cadu", "Bəxtsiz cavan", Zülfüqar Hacıbəyovun "Evliykən subay" əsərlərində əsas rolları oynayıb.
1911-ci ildə Tiflisdə aktrisanın benefisi keçirilir. Bu gecədə ilk dəfə Zülfüqar Hacıbəyovun "On bir yaşlı arvad" pyesi göstərilir, Gövhər xanım da əsas rolu canlandırır.
Teatrımızın korifeyləri Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski və Mirzəağa Əliyevlə birgə çıxış edən "Göyərçin xanım"ın səhnəyə çıxmasına mane olanlar da yox deyildi. Buna baxmayaraq, Azərbaycan səhnəsinin ilk göyərçini səhnə fəaliyyətinə davam edir. Ta ailə qurana qədər... Maraqlıdır ki, həyat yoldaşı aktyor olmağına baxmayaraq, ailə qurandan sonra xanımının səhnəyə çıxmasına qadağa qoyur.
Tiflis və İrəvanda "Əlli yaşında cavan" tamaşasında birgə çıxış edən Gövhər xanımla Mirzəağa Əliyevin sənət dostluğu tədricən sevgiyə çevrilir. Onlar 1912-ci ildə evlənib Bakıya köçürlər. Bu evlilik Gövhər Qazıyevanın ikinci evliliyi idi. Birinci nikahından İsmayıl adlı bir oğlu olan aktrisa ikinci evliliyində də xoşbəxt ola bilmir. Çar hökumət orqanlarının qaydalarına uymayan Mirzəağa Əliyev elə ailə qurduqları il Həştərxana sürgün olunur. Artıq yolları ayrıldıqdan sonra həyat yoldaşından boşanan Qazıyeva 1913-cü ildə Polşaya gedir və "Müqəddəs Sofiya" tibb məktəbində təhsil alır. 1915-ci ildə Gövhər xanım mamalıq üzrə təhsil alıb Bakıya qayıdanda, bəzi qəzetlər onun peşə fəaliyyətinə başlaması haqda məlumat vermişdi.
Bir müddət sonra Gövhər Qazıyeva o dövrün məşhur iranlı aktyor və rejissoru Mir Seyfəddin Kirmanşahlının təhriki ilə İrana gedir və həmişəlik bu ölkədə qalır.
1937-ci ildə keçmiş aktrisa bir neçə günlüyə Bakıya gəlir. Keçmiş səhnə dostları onun şərəfinə teatrda qəbul təşkil edirlər, elə o gün Cəfər Cabbarlının "Almaz" pyesi əsasında hazırlanan tamaşa da nümayiş olunur. Həmin gün qeyri-adi bir hadisə də baş verir: Gövhər Qazıyeva on beş ildir ki, itirdiyi oğlu İsmayılı tapır, sevincdən özünü itirən qadın teatrda hamıya hədiyyə paylamağa başlayır.
1960-cı ildə Cənubi Azərbaycanda vəfat edən səhnəmizin "Göyərçin xanım"ının Azərbaycan tarixinin ən cəsarətli qadınları arasında öz yeri var.
DİGƏR XƏBƏRLƏR
-
Şahin Növrəslinin çoxdan gözlənilən konserti keçirildi - (Foto)
-
FilJazz Pitesti Trio Shahin Novrasli Festival-ında konsert verdilər - FOTO
-
İlham Əsgərov: “Milli Teatrın yeni mövsüm üçün planları və hədəfləri böyükdür” - FOTO
-
CineMastercard Barselonada keçirilən CineEurope beynəlxalq sərgisində iştirak edib - (Foto)
-
Yeddi ölkədən istedadları bir araya gətirəcək Beynəlxalq Çoxjanrlı İncəsənət Müsabiqəsi keçiriləcək
-
Shahin Novrasli Festival Bakı musiqisevərlərini Eric Jacot Band konserti ilə sevindirdi – FOTO
XƏBƏR LENTİ
-
Müşfiqabadda yaşayış binasında yanğın olub
-
Qarpızın şirin olduğunu göstərən 5 əsas əlamət
-
Köməksiz vəziyyətdə qalan vətəndaşlar xilas edildi (Video)
-
Ağstafada avtomobil su arxına düşdü
-
Zeynəbin axtarışlarına helikopter cəlb edildi
-
Qorxmaz Əlilicanzadə üz iflici keçirib
-
Azərbaycan və Meksika arasında diplomatik əlaqələr müzakirə edilib (Foto)
-
İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib (Foto)
-
Naxçıvanda avtobuslar yandı (Foto)
-
Gilası qış üçün dondurmağın yolları
-
Afət Seyidzadəyə vəzifə verildi
-
"Oğlum evlənmir, pişiyi gətirib ki, bu da sənə nəvə"
-
Əsgər futbolçu qayıdır: Zamiq Əliyevin hərbi xidmət problemi həll olundu
-
Elşən Türkiyədə seriala çəkilir (Foto)
-
Ermənistan vətəndaşlarının məhkəməsi çıxışlarla davam etdirilib (Foto)
-
İran bizdən xahiş etdi, biz də razılaşdıq - Tramp
-
Mane milli ilə vidalaşdı
-
Goranboyda yol qəzası - 3 nəfər xəsarət alıb (Foto)
-
Bakıda partlayışda ölən ailənin (Fotosu)
-
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi (Foto)
-
"Türkiyədə qəribə insanların əlinə düşdüm" - İradə İbrahimova
-
Vaşinqton İrana qarşı yeni əməliyyata tam hazır vəziyyətdədir
-
Rusiya son bir həftədə Ukraynanın 5 minə yaxın dronunu vurdu
-
Azərbaycan beynəlxalq axtarışa verilən şəxsləri Özbəkistana təhvil verib





