Kriminal

Rövşən Lənkəranski SAĞDIR - YENİLƏNİB

18 Avqust 2016 13:15
15 Şərh     Baxış: 9 993
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

13:15

Ötən gecə İstanbulda silahlı hücuma məruz qalan azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranski dünyasını dəyişməyib, o, hazırda İstanbul Şişli Etfal Xəstəxanasında reanimasiya şöbəsindədir. Bu açıqlamanı lent.az-a Şişli Etfal Xəstəxanasından veriblər. Telefonumuza cavab verən xəstəxana əməkdaşı bildirib ki, ötən gecə xəstəxanaya gətirilən azərbaycanlı yaralı ölməyib və hazırda reanimasiyadadır: "Mən xəstəni az öncə görmüşəm, o ölməyib, reanimasiyadadır".
 
Xəstəxanadakı polislərdən də hadisə ilə bağlı məlumat almağa çalışsaq da, polis əməkdaşları istintaq sirri olduğu üçün heç bir açıqlama vermədilər. 

------------

13:09

Ötən gecə güllələnən Lənkəranskinin yerləşdirildiyi Şişli Etfal xəstəxanasından bizimyol.info-ya verilən açıqlamaya görə, Lənkəranski sağdır.

Milli.Az sözügedən sayta istinadən bildirir ki, ancaq vəziyyəti son dərəcə pisdir.

Xəstəxananın qəbul müdiri Nişə Yeldirin saytımıza verdiyi açıqlamaya görə, Lənkəranski ölməyib. "Hal-hazırda reanimasiyadadır. Amma vəziyyəti çox pisdir. Çox pis halda gətirilib. Bizə də əlavə məlumat verilmir. Ancaq vəfat etməyib. Sağdır, reanimasiyadadır".

Qeyd edək ki, bir az əvvəl millət vəkili Fəzail Ağamalı saytımıza açıqlamasında Lənkəranskinin öldüyü xəbərini bildirmişdi. O, xəbəri Lənkəranskinin qohumlarından aldığını bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.