Ölkə

Bu ərazidə su kəsiləcək

29 May 2025 18:50
Baxış: 3 182
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sabah səhər saatlarından axşam saatlarına qədər Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində içməli suyun verilməsində fasilə yaranacaq.

Milli.Az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir ki, fasiləyə səbəb qəsəbəni içməli su ilə təmin edən magistral xətdə aparılacaq təmir və bərpa işləridir.

Təmir işləri başa çatdıqdan sonra suyun verilişi əvvəlki rejimdə bərpa ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.