Göygöl rayonunda itinə zəncir almaq üçün 400 manat dəyərində göz muncuğu oğurlayan şəxs həbs edilib.
Milli.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, hadisə Göygöl rayonunda mal bazarı adlanan ərazidə baş verib.
1978-ci ildə Şəmkir rayonunda anadan olmuş Azər Kərimov (soyad şərti) itinə zəncir almaq üçün Göygöl rayonuna gedib. O, rayonda kafelərin birində yeyib-içdikdən sonra pulu qurtarıb və mal bazarı adlanan ərazidə oğurluq etmək qərarına gəlib.
Azər Kərimov mal bazarı adlanan ərazidə quraşdırılan vitrindən 400 manat dəyərində göz muncuğu və hər birinin dəyəri 10 manat olan 36 ədəd (cəmi 360 manat) dəyərində lotoreya biletləri oğurlayaraq ərazidən uzaqlaşıb.
Təqsirlnəndirilən şəxs saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə cinayət işi açılıb və işə məhkəmədə baxılıb. Azər Kərimov məhkəmədə bildirib ki, itinə zəncir alamaq üçün oğurluğu içkili halda törədib və əməlindən peşmandır.
Məhkəmənin qərarı ilə onun barəsində 6 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə iclas zalında həbs olunub.
Milli.Az