Ölkə

Bakıda sürücüləri "zibilə" salan şəxs həbs edildi - VİDEO

8 Fevral 2017 16:12
6 Şərh     Baxış: 4 246
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Abşeron polisi günün günorta çağı sürücülərə qənim kəsilən, özünü hərəkətdə olan avtomobillərin altına ataraq onları şantaj edən şəxsi ifşa edib.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, əslən Masallı rayonundan olan 42 yaşlı Zöhrab Abıyev öz pis niyyətli işini Xırdalan şəhərində həyata keçirərkən polis əməkdaşları tərəfindən saxlanılaraq idarəyə gətirilib. Dindirilmə zamanı o, bu hərəkətlərini narkotik maddə aludəçisi olduğu üçün törətdiyi bildirib.

Abşeron Rayon Polis İdarəsindən bildirilib ki, əvvəllər məhkumluq həyatı yaşamış Zöhrab Abıyev çirkin əməllərini Bakının bir neçə ərazisində dəfələrlə təkrarlıyıb. Sürücülərdən şantaj yolu ilə əldə etdiyi pulu isə narkotikaya verib. Faktla bağlı araşdırmalar aparılır. 

Qeyd edək ki, Zöhrab Abıyev bir müddət əvvəl Alatavadan Şamaxinkaya çıxan yolda növbəti dələduzluğunu etməyə hazırlaşakən avtomobillərdən birinin kamerasına yaxalanıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda özünü maşınların altına atan şəxs həbs olundu

Video: interaz 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.