Ölkə

Yağış yağacaq

10 Oktyabr 2016 12:26
455 Şərh     Baxış: 5 801
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Yarımadanın bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturunun gecə 14-17° isti, gündüz 20-23° isti, Bakıda gecə 15-17° isti, gündüz 21-23° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 11-16° isti, gündüz 21-26° isti, dağlarda gecə 6-11° isti, gündüz 14-19° isti olacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.