Ölkə

Binəqədidə Milli Mətbuat Günü münasibəti ilə tədbir keçirilib - FOTO

21 İyul 2016 17:37
Baxış: 2 056
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Binəqədi rayonunda 22 İyul - Milli Mətbuat və Jurnalistika Günü münasibəti ilə tədbir keçirilib.

Milli.Az bildirir ki, Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, RİH başçısı Aparatının şöbə müdiri Elman Dadaşov, Təhsil Nazirliyinin Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitunun mətbuat katibi Tofiq Sadıxov, "7 News" İnformasiya Portalının təsisçisi və baş redaktoru Səbuhi Abbasov, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin İnformasiya Proqramları Baş Studiyasının müxbiri Mənsur Həsənov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev, QHT sədrləri, Binəqədi rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllüləri, Binəqədi rayonu icra nümayəndələri, bələdiyyələr, MKTB, YAP Binəqədi rayon Təşkilatının, Gənclər və İdman İdarəsini təmsil edən və Milli Mətbuat günü ilə bağlı rayon ərazisində təşkil olunan 3 günlük təlimlərdə iştirak edən şəxslər, YAP-nın fəal gəncləri, Rayon bələdiyyələrində İctimai-humanitar sektora rəhbərlik edən nümayəndələr və rayon fəalları iştirak ediblər.

Tədbirdə çıxış edən "7 News" informasiya portalının təsisçisi və baş redaktoru Səbuhi Abbasov bildirdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun məntiqi nəticəsi kimi bu gün ölkədə azad, demokratik və güclü mətbuat var. Hazırda müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra natiq Binəqədi rayonunda media qurumları ilə işin peşəkar səviyyədə qurulduğunu və artıq media nümayəndələrinin rayon ərazisində görülən işlər barədə məlumatları rayonun sosial şəbəkələrdəki səhifələrindən, internet saytından operativ şəkildə əldə edə bildiklərini qeyd etdi, məlumatların peşəkar səviyyədə hazırlanması və informasiya mübadiləsinin operativliyinin təmin olunmasına görə rayon rəhbərliyinə minnətdarlığı bildirdi.

Daha sonra söz Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılova verilib. V.İsmayılov çıxışına 22 İyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik etməklə başlayıb.

Natiq vurğulayıb ki, ölkədə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Bu diqqət və qayğıya nümunə olaraq Binəqədi rayonunda ənənəvi olaraq media nümayəndləri, jurnalistlərlə, sosial şəbəkələrdə fəal olan gənclərlə görüşlərin, tədbirlərin keçirildiyini qeyd etdi.

Belə ki, artıq 22 İyul Milli Mətbuat və Jurnalistika Günü münasibəti ilə rayon icra hakimiyyəti tərəfindən Tədbirlər Planı hazırlanmışdır. Bugünkü tədbir də adı çəkilən tədbirlər planının tərkib hissəsidir.

Çıxışını davam etdirən natiq qeyd etdi ki, Azərbaycan milli mətbuatının yaranmasında Həsən bəy Zərdabinin və onun yaratdığı "Əkinçi" qəzetinin müstəsna rolu və əhəmiyyəti vardır. Milli mətbuatın inkişafı və çiçəklənməsi isə məhz ulu öndərin hakimiyyəti dövrünə təsadüf edir. Bu gün də ölkə rəhbərliyi tərəfindən bu siyasət uğurla davam etdirilir. Ölkə mətbuatının inkişafı sahəsində "azad söz azad cəmiyyətin təməl daşıdır" prinsipi əsas meyar kimi qəbul edilir.

Çıxışının sonunda rayon icra hakimiyyəti başçısının müavini qeyd etdi ki, Mətbuat günü təkcə jurnalistlərin yox, bütövlükdə cəmiyyətimizin bayramıdır.

Tədbirin rəsmi hissəsi bayram günü münasibətilə bir neçə media nümayəndələrinin təltif edilməsi ilə bitib.

Tədbirin bədii hissəsi çay süfrəsi ətrafında "Dilbərim" rəqs qrupunun ifasında gözəl rəqs nümunələri və rayonun istedadlı gənci Rəşad Cəfərzadənin ifasında mahnılarla davam edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.