Ölkə

Bakıda kişi arvadını stəkanla öldürdü - YENİLƏNİB

24 İyun 2016 14:52
16 Şərh     Baxış: 4 215
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

14:52

Bu qətlin də qurbanı gənc qadındır. Dünən axşam Bayıl qəsəbəsində ailədaxili münaqişə zəminində 34 yaşlı qadın qətlə yetirilib.

Milli.Az sputnik-ə istinadən bildirir ki, Səbail Rayon Polis İdarəsinə iyunun 23-də saat 19.30 radələrində Bayıl qəsəbəsində yaşayan 1971-ci il təvəllüdlü Müzəffər Piriyevin ailə münaqişəsi zamanı üç uşaq anası, 1982-ci il təvəllüdlü Cəlalə Abbasovanı öldürməsi barədə məlumat daxil olub.

Törətdiyi əməldən sonra kişi polisə təslim olub. Məlumdur ki, Piriyev daha öncə məhkum olub. 

İlkin dindirilmə zamanı Piriyev arvadını boğduğunu bəyan edib. Amma cəsədin müayinəsi zamanı patoloqoanatomlar başqa nəticəyə gəliblər. Abbasova beyninə qan sızma nəticəsində ölüb. Səbəb isə başına vurulan zərbələr olub. Baş nahiyəsində olan yaralar bunu sübut edir. Şüşə stəkan ilə Piriyev var qüvvəsi ilə arvadının başına bir neçə zərbə vurub. Stəkan sınmayıb, o əşyayi-dəlil kimi hüquq mühafizə orqanı əməkdaşları tərəfindən müsadirə edilib. 

Qətli törədərkən Piriyev narkotik vasitələrin təsiri altında olub. Bundan başqa, davranışı onda şizofrenik meyllərin olduğuna işarə edir. 

Abbasovanın qohumlarını sözlərinə görə, daha öncə C.Abbasova əri ilə əvvəlki münaqişədən sonra atası evinə getsə də valideynləri onu geri qaytarıblar. 

Fakt üzrə istintaqı rayon prokurorluğu aparır. 

-----------

10:44

Ötən gecə Bakıda qətl hadisəsi törədilib.

Milli.Az lent.az-a istinadən bildirir, Səbail rayonu, Gülbala Əliyev küçəsi 13 ünvanında yaşayan 1971-ci il təvəllüdlü Piriyev Müzəffər Zərintac oğlu ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı, 1982-ci ildə anadan olmuş Abbasova Cəlalə Yaşıl qızını boğaraq öldürüb.

Hadisədən sonra Müzəffər Piriyev özü polisə gələrərək hadisə barədə məlumat verib.
 
Qeyd edək ki, M.Piriyev əvvəllər də məhkumluq həyatı yaşayıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.