1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Binəqədi rayonunda 298 saylı körpələr evi-uşaq bağçasında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı "Uşaqların nağıl dünyası" adlı tədbir keçirilib.
Milli.Az bildirir ki, Binəqədi Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdiri Elman Dadaşov, Binəqədi rayonu ərazisində yerləşən məktəbəqədər təhsil müəssisələrinin və "Dilbərim" rəqs qrupunun kollektivləri iştirak ediblər.
Öncə tədbiri 298 saylı bağçanın balaca fidanları açaraq onlara məxsus olan özəl günü açıq elan ediblər və tədbir "Sülh göyərçinləri" adlı kompozisiya ilə start götürüb.
Sonra qonaqları salamlayan 298 saylı körpələr evi-uşaq bağçasının müdiri İradə Əhmədova tədbirin proqramı haqqında məlumat verib.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini V.İsmayılov uşaqları təbrik edərək vurğulayıb ki, uşaqlar bizim gələcəyimizdir. Natiq çıxışında bildirib ki, tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunub.
Çıxışlardan sonra Rayon İcra Hakimiyyəti başçısının təşəkkür məktubu oxunub və il ərzində rayonun bütün tədbirlərində, layihələrində aktiv iştraklarına görə 272, 298 saylı körpələr evi-uşaq bağçalarına və "Dilbərim" rəqs qrupuna Rayon İcra Hakimiyyətinin rəhbərliyi adından təşəkkür məktubları təqdim edilib.
Sonra 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı hazırlamış "Uşaqların nağıl dünyası" adlı tədbirin nağıl əsasında qurulmuş ssenarisi uşaqların maraqlı kompozisiyalarının nümayişi ilə davam etdirilib. Uşaqların nümayiş etdirdikləri nağıl qəhrəmanlarının personajları, şeirlər, mahnılar, rəqslər və səhnəciklər tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb.
Sonda sülhün rəmzi sayılan göyərçinlər səmaya uçurularaq "Uşaqların nağıl dünyası" adlı tədbir Rayon İcra Hakimiyyəti tərəfindən uşaqlara hədiyyə edilən tortun kəsilməsi ilə yekunlaşıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ayın 31-də yağış intensivləşəcək, dolu düşəcək - PROQNOZ
-
Bu halları görsəniz, demək ki, telefonunuz izlənilir
-
Bu BÜRClər bir-biri üçün yaranıb - Ayrılmaları demək olar mümkünsüzdür
-
İrandan Azərbaycana 20 kq narkotik keçirmək istədilər
-
Güclü külək nəticəsində paytaxtda 41 ağacı sınıb - FOTO
-
Günəş aktivliyi yenidən artdı - Alimlərdən xəbərdarlıq
XƏBƏR LENTİ
-
Ayın 31-də yağış intensivləşəcək, dolu düşəcək - PROQNOZ
-
Məşhur kurort şəhərində dəhşət: Qadın cəsədləri tapıldı
-
Bu halları görsəniz, demək ki, telefonunuz izlənilir
-
Bu BÜRClər bir-biri üçün yaranıb - Ayrılmaları demək olar mümkünsüzdür
-
İrandan Azərbaycana 20 kq narkotik keçirmək istədilər
-
Güclü külək nəticəsində paytaxtda 41 ağacı sınıb - FOTO
-
Prezidenti İlham Əliyev Xorvatiya Prezidentini təbrik edib
-
Neft bazarında kəskin eniş: Azərbaycan nefti görün neçə dollara düşdü
-
Çinin planı nədir?
-
Günəş aktivliyi yenidən artdı - Alimlərdən xəbərdarlıq
-
4 tondan artıq çətənə kolu məhv edilib
-
Köhnədir deyə atmayın: Nənələrinizin bu əşyaları sizi milyonçu edə bilər
-
İmtahana bir gün qalmış nə etmək lazımdır?
-
Onlar çarəsiz duruma düşüblər
-
Kürün səviyyəsi yüksəldi, kənddə vəziyyət pisləşdi
-
Məktəbə telefon gətirən şagirdlərlə bağlı VACİB XƏBƏR
-
Dünyanın ən çox qızıl ehtiyatına malik ölkələri açıqlandı
-
Türkiyədə zəlzələ oldu
-
Smartfonun dinlənildiyini necə anlamaq olar?
-
Aydan gətirilən toxumlar necə yetişdirildi? - Yerdəkilərdən heç bir fərqi olmadı
-
Pul dərhal yoxa çıxır: tez-tez borc içində olan BÜRCLƏR
-
Uşaqlarda diş çıxarma dövrü - Valideynlər nələri bilməlidir?
-
Bir gündən sonra corablarınızda YAŞAYIR
-
Bu mürəbbələr şəfa qaynağıdır





