Ölkə

TQDK əhaliyə xəbərdarlıq etdi

19 Aprel 2016 16:00
0 Şərh     Baxış: 4 494
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası son günlər Facebook sosial şəbəkəsində Dövlət İmtahan Mərkəzinin rəsmi icazəsi olmadan bir neçə səhifə və qrup yaradılması barədə xəbər yayıb.

Milli.Az bildirir ki, TQDK-nın mətbuat xidmətindən modern.az-a verilən məlumata görə, aparılan araşdırmalar zamanı bu səhifələrdə imtahanlarla bağlı, qəbul kampaniyasının gedişi, eləcə də yeni qurumun fəaliyyətinə dair təhrif olunmuş məlumatlar yerləşdirildiyi məlum olub.

"Nəzərinizə çatdırmaq istəyirik ki, bu səhifələrdən heç biri Dövlət İmtahan Mərkəzinin rəsmi Facebook səhifəsi deyil. Yaxın günlərdə qurumun rəsmi Facebook səhifəsi istifadəyə veriləcək və bununla bağlı əlavə məlumat saytımızda yerləşdiriləcək. Dövlət İmtahan Mərkəzi adından yaradılmış saxta Facebook səhifələrindən istifadə etməməyiniz xahiş olunur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.