Ölkə

Şəhid ailələrinə qayğı ARTIRILA BİLƏR

13 Aprel 2016 11:15
Baxış: 3 760
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəhid ailələri üçün nələr edilsə, yenə də azdır. Çünki bir ailədə insan itkisini heç nə ilə əvəzləmək mümkün deyil.

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov cəmiyyətdə şəhid ailələri ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi zəruriliyi ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən deyib.

Komitə sədrinin sözlərinə görə, şəhidlik elə yüksək bir zirvədir ki, o zirvədə bir ailənin övladı olmur: "Şəhid bütöv bir millətin, xalqın övladı olur. Bütöv bir millət onunla fəxr edir, onunla qürur duyur, onu yad edir, anır. Hər bir şəhid bizim üçün əzizdir. Bizim üçün müqəddəsdir".

F.Muradov bildirib ki, Milli Məclisdə şəhid ailələrinə qayğı ilə bağlı təkliflər irəli sürüləcək: "Şəhid ailələrinə qayğı məsələsi hər zaman dövlət başçısı İlham Əliyevin diqqətində olub. Bir neçə gün öncə Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı Mehriban Əliyeva şəhid anaları ilə görüşdü. Bir ana kimi onları dinlədi, dərdlərinə şərik çıxdı. Müdafiə naziri Zakir Həsənov yaralı əsgərin əlini öpdü. Budur Azərbaycan dövlətinin şəhidə, şəhid ailəsinə, əsgərə münasibəti. Qaldı qanunvericiliklə bağlı məsələyə, bu birbaşa bizim komitəyə aid olmasa da, yeni təkliflər verəcəyik".

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.