Ölkə

25 gün əvvəl qızı olmuşdu... - Dəhşətli qəzada ölənlər - FOTO

17 Sentyabr 2015 14:51
50 Şərh     Baxış: 18 823
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Bakı-Sumqayıt yolundakı dəhşətli qəzada ölənlərdən birinin tələbə olduğu məlum olub.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, bu barədə onun yaxınları məlumat veriblər. Qəzada həlak olan Masallı rayon sakini Amil Abdullayev "Embawood" şirkətinin işçisi olub. Evin tək oğlu olan Amil bir müddət öncə atasını da itiribmiş. A.Abdullayev həm də tələbə olub, xaricdə təhsil alırmış.

Qəzada ölən digər sərnişin Cəfərov Elnurun yaxınları isə bildiriblər ki, o, 25 gün əvvəl qız atası olub.
Qeyd edək ki, Elnur da həmyerlisi Amil kimi atasını itirib. O, doğulduğu Masallı rayonunda dəfn olunacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.