Dünya

Türkiyədə ardıcıl iki zəlzələ oldu

30 Noyabr 2021 09:54
0 Şərh     Baxış: 1 204

Türkiyənin İzmir əyalətinin Urla rayonu sahillərində Egey dənizində 5,1 bal gücündə zəlzələ olub.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Təbii Fəlakətlərə qarşı Mübarizə İdarəsi yayıb.

Yeraltı təkanlar noyabrın 30-da səhər saatlarında yerli vaxtla 07.00-da qeydə alınıb. Zəlzələnin episentri 3,97 km dərinlikdə yerləşib.

Saat 07.09-da isə eyni ərazidə 4,3 bal gücündə ikinci zəlzələ olub.

Yeraltı təkanlar İzmir və Manisa şəhərlərində də hiss edilib.

Milli.Az 

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.