Dünya

Qırğızıstanda sabah parlament seçkiləri keçiriləcək

27 Noyabr 2021 08:17
0 Şərh     Baxış: 368
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Noyabrın 28-də Qırğızıstanda Ali Şuraya seçkilər keçiriləcək.

Milli.Az "Report"a istinadən bildirir ki, Qırğızıstanın Seçki Komissiyası 21 partiyanın namizədlərini, həmçinin 287 müstəqil namizədi qeydə alıb.

Ölkə daxilində və xaricdə seçki günü 2 494 seçki məntəqəsi fəaliyyət göstərəcək.

Parlament seçkilərini 730 xarici müşahidəçi izləyəcək.

Seçki məntəqələri yerli vaxtla saat 08.00-da açılacaq. Səsvermə yerli vaxtla saat 20.00-da başa çatacaq.

Qeyd edək ki, Qırğızıstanda 3 milyon 703 min 420 vətəndaşın səsvermə hüququ var.

Qırğızıstan Prezidenti Sadır Japarov bundan əvvəl ölkənin ali qanunverici orqanına seçkilərin keçirilməsinin yeni prosedurunu nəzərdə tutan qanunu imzalayıb. Dəyişikliklərə əsasən, qarışıq seçki sistemi qüvvəyə minib. Yeni qanuna əsasən, deputatların sayı 120-dən 90-a endirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.