Cəmiyyət

Xankəndi məktəbinin direktoru vəzifəsindən azad edildi

1 Oktyabr 2025 17:42
Baxış: 446
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin direktoru Cəmilə Əhmədova tutduğu vəzifədən azad olunub.

Milli.Az xəbər verir ki, bu barədə Modern.az-a direktorun özü məlumat verib. 

O qeyd edib ki, yaxın günlərdə başqa məktəbə təyinatını gözləyir. 

"65 yaşıma 2 il var. O müddətə qədər başqa məktəbdə bu vəzifəni icra edəcəyəm" - deyə Cəmilə Əhmədova bildirib. 

Qeyd edək ki, Xankəndi şəhər 4 nömrəli tam orta məktəb ötən il istifadəyə verilib. Buna qədər məktəb Bakı şəhərində fəaliyyət göstərib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.