İdman

UEFA azarkeşlərə görə "Qalatasaray"ı cərimələdi

1 Oktyabr 2025 13:29
Baxış: 594
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

UEFA Türkiyənin "Qalatasaray" klubunu 68 250 avro cərimələyib.

Milli.Az xəbər verir ki, "Qalatasaray" UEFA Çempionlar Liqasının "Ayntraxt"la oyununda azarkeş iğtişaşlarına görə cəmi 68 250 avro cərimələnib.

Klub atəşfəşanlığa görə 18 000, yad əşya atılmasına görə 35 250, digər iğtişaşlara görə isə 15 000 avro ödəyəcək.

Qeyd edək ki, oyun "Qalatasaray"ın 1:5 hesablı məğlubiyyəti ilə başa çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.