Mədəniyyət

“Poeziya Xəzrisi” Respublika bədii qiraət müsabiqəsi elan edilir

1 Oktyabr 2025 14:18
Baxış: 283
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xalq şairi, dramaturq, ictimai xadim, Dövlət mükafatı laureatı Nəbi Xəzrinin 100 illik yubileyi ötən il dövlət səviyyəsində geniş qeyd olundu. Müxtəlif səpkili yubiley tədbirləri bu il də davam edir. 

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi, "Qanun" nəşriyyatı və "MİMTA" yayınlarının tərəfdaşlığı ilə Nəbi Xəzrinin 100 illiyi münasibətilə "Poeziya Xəzrisi" Respublika bədii qiraət müsabiqəsi elan edilir.

Müsabiqə istedadlı qiraətçilərin müəyyən edilməsi, onların yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi, bədii qiraət sənətinə marağın artırılması, gənclərin ədəbi-estetik zövqünün zənginləşdirilməsi və Xalq şairi Nəbi Xəzrinin həyat və yaradıcılığının təbliği məqsədilə təşkil olunur.

Müsabiqənin şərtləri:

Müsabiqədə 18-35 yaş arası şəxslər iştirak edə bilər.

Müsabiqə üzrə işlərini təqdim etmək istəyənlər 20 oktyabr 2025-ci il tarixinədək müsabiqənin elektron qeydiyyat formasını  (https://form.jotform.com/poeziyaxezrisimusabiqe/form) doldurmaqla müraciət etməlidirlər.

Qeydiyyatdan keçən iştirakçılar Xalq şairi Nəbi Xəzrinin yaradıcılığından yalnız bir şeiri səsləndirərək onu audiovizual formatda "Poeziya Xəzrisi" teleqram kanalına (https://t.me/poeziya_xezrisi) göndərməlidirlər.

Təqdim olunan materialların ilkin seçim mərhələsi onlayn formatda həyata keçiriləcək. Bu mərhələdə uğur qazanan iştirakçılar müsabiqənin ikinci - əyani mərhələsinə dəvət olunacaqlar.

İkinci mərhələdə iştirakçılar münsiflər heyəti tərəfindən qiymətləndirilərək qaliblər müəyyənləşdiriləcək.

Qaliblər diplom və hədiyyələr ilə təltif olunacaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.