Cəmiyyət

Emin Əmrullayev Peşə Agentliyinin direktorunu vəzifəsindən azad etdi - FOTO

1 Oktyabr 2025 14:37
Baxış: 422
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov işdən çıxarılıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Ceyhun Kərəmov vəzifəsindən azad olunması üçün ərizə ilə nazir Emin Əmrullayevə müraciət edib. Nazirin əmri ilə o, direktor vəzifəsindən azad edilib.

Qeyd edək ki, Ceyhun Kərəmov 2020-ci il sentyabr ayının 15-dən etibarən Peşə Təhsili üzrə Dövlət Agentliyində direktor müavini vəzifəsində çalışıb. 12 yanvar 2022-ci il tarixindən 2 oktyabr 2023-cü il tarixinədək Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor səlahiyyətlərini icra edib. 2 oktyabr 2023-cü ildə isə Agentliyin direktoru vəzifəsinə təyin olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.