Nyu-Yorkun yeni seçilmiş meri Zohran Mamdani 1 yanvar 2026-cı il tarixində qeyri-ənənəvi andiçmə mərasimi ilə səlahiyyətlərinin icrasına başlayacaq.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, gecə yarısından qısa müddət sonra keçiriləcək mərasim "City Hall Park"ın altındakı uzun müddətdir qapalı olan metrostansiyada baş tutacaq.
Bu stansiya 1904-cü ildə açılıb, 1945-ci ildə sərnişinlərin istifadəsi üçün bağlanıb və hazırda yalnız Metro 6-cı xətti üçün dönüş nöqtəsi kimi istifadə olunur. Stansiya xalqa açıq deyil.
Mamdani mərasimin simvolik yerini seçərkən Nyu-Yorkun tarixini və şəhərin idealları üzərində qurulmuş keçmişini vurğulamaq istədiyini bildirib. O, yeni ildə milyonlarla Nyu-York sakinini "yeni fürsət dövrünə" aparmaq məsuliyyətini öz üzərinə götürdüyünü söyləyib.
Qeyri-rəsmi mərasimdən sonra Mamdani "City Hall Park"ın ətrafında keçiriləcək böyük açıq hava tədbirində ictimaiyyətlə görüşəcək. Tədbirdə təxminən 40 min nəfərin iştirak edəcəyi gözlənilir.
Rəsmi ictimai andiçmə mərasimi isə yanvarın 1-i Şəhər Zalı qarşısında baş tutacaq və mərasimdə senator Berni Sanders iştirak edəcək.
Tədbir günü temperaturun sıfır dərəcədən aşağı olacağı barədə xəbərdarlıq edilib.
Milli.Az





