“Analizə 600 manat ödədim, qəbz istəyəndə mənə güldülər...”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Naxçıvanda quduzluğu təyin etmək üçün aparılan analizin qiyməti on dəfə artıraraq 600 manata çatdırılıb. Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun (NQTİ) Mərkəzi Baytarlıq Laboratoriyası bu analizi etsə də, vətəndaşa heç bir qəbz təqdim olunmur".
Milli.Az xəbər verir ki, bu iddia ilə "Gündəlik Azərbaycan" səhifəsinə muxtar respublikada yaşayan vətəndaşlar müraciət ediblər.
Onların sözlərinə görə, ev heyvanlarını Naxçıvandan çıxarmaq istəyənlərdən hava limanı ərazisində sözügedən analizin nəticələri ilə bağlı arayış tələb olunur. Yerli sakin Şirvan Qurbanov itini Bakıya apararkən eyni problemlə üzləşdiyini deyib: "İtimi apardım quduzluğa görə qan analizi götürsünlər. 600 manat pul istədilər. Məcbur qalıb 600 manatı verdim. Ödədiyim pula görə qəbz istədim, güldülər mənə. Bir itin qan analizi üçün bu həqiqətən də uyğun rüşvət deyil".
Digər sakin Sahib Xudiyev isə Türkiyəyə it aparmaq istəyərkən eyni problemlə qarşılaşıb: "Əvvəllər də Bakıya, Türkiyəyə it göndərmişəm, 50-60 manat verib baytarlıqda qan analizini verə bilirdik. İndi göndərirlər Qida Təhlükəsizliyi İnstitutuna. Orada da deyirlər iti gətir, 600 manat ver qanını analizə verək. Mütəxəsislərdən öyrəndim ki, ötən il bu cür testlər üçün qiymət təxminə 60 manat civarında olub. 3 ayı tamam olmuş bir itin qanını analizə vermək üçün 600 manat alınması insafsızlıqdır. Etiraz etsəm də, xeyri olmadı. Alternativ olmadığı üçün ödəməyə məcbur oldum. Ödədiyim pula görə, qəbz də verilmədi, yalnız analizin nəticəsini verib yola saldılar".
Şikayətçilər əvvəllər bu analizin Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən həyata keçirildiyini, analiz üçün 50-60 manat tələb olunduğunu bildiriblər.
Problemlə bağlı Naxçıvan Qida Təhlükəsizliyi İnstitutuna sorğu ünvanladıq. Məlum oldu ki, sözügedən qurumda hazırda həmin analizlərin aparılması üçün imkanlar yoxdur: "Azərbaycan Respublikasında baytarlıq sahəsi üzrə göstərilən xidmətlərin tarifləri Nazirlər Kabinetinin 2021-ci il 22 iyun tarixli 178 nömrəli Qərarı ilə təsdiq olunmuş "Baytarlıq xidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqları" ilə müəyyən edilir. Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında aparılan analizlərə görə xidmət haqları qeyd edilən normativ sənədə əsasən tənzimlənir.
Qeyd etmək istəyirik ki, 2024-cü ilin ortalarından fəaliyyətə başladıqdan hazırkı dövrədək Laboratoriyada quduzluq xəstəliyinə qarşı müayinənin aparılması üçün zəruri olan maddi texniki baza mövcud olmadığından bu istiqamətdə heç bir analiz aparılmayıb".
Belə olan halda vətəndaşlardan alınan 600 manatlıq ödənişin hansı xidmət qarşılığında tələb edilməsi isə məlum deyil.
Məlumat üçün bildirək ki, baytarlıq xidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqqının məbləği Baş nazir Əli Əsədovun əmri ilə 2021-ci ildə təsdiq edilib. (qafqazinfo.az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zaur Baxşəliyev Zəngilanda ağsaqqalla ayaqyalın rəqs etdi – (Video)
-
Danlanın yenidən vəziyyəti pisləşdi - (Foto)
-
Qəbələdə yeni su anbarı tikilir
-
Penitensiar Xidmətin yeni rəisi kimdir? - Dosye
-
Mirsaleh Seyidov ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib
-
Penitensiar xidmətə yeni rəis təyin edildi
XƏBƏR LENTİ
-
Arda Mbappenin gözünü yolda qoydu (Video)
-
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib (Foto)
-
Zaur Baxşəliyev Zəngilanda ağsaqqalla ayaqyalın rəqs etdi – (Video)
-
Danlanın yenidən vəziyyəti pisləşdi - (Foto)
-
Qəbələdə yeni su anbarı tikilir
-
Kənd təsərrüfatı məhsullarının istehsalı müəssisələri üçün ƏMTQ hədləri müəyyənləşib
-
Penitensiar Xidmətin yeni rəisi kimdir? - Dosye
-
Mirsaleh Seyidov ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib
-
Penitensiar xidmətə yeni rəis təyin edildi
-
Bakıda bu binalar sökülür: Kvadratmetrə görə 2 800 manat kompensasiya
-
Siyəzəndə 43 yaşlı qadın boğularaq öldürüldü
-
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb
-
Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş
-
Yardımlıda 7 kəndin qazı kəsiləcək
-
Ayın 28-də intensiv yağış yağacaq - Proqnoz
-
Xəstəxananın şöbə müdiri 100 min manat mənimsəməkdə ittiham olunur
-
Qazaxda hamamda partlayış - 36 yaşlı kişi xəsarət aldı
-
Azərbaycanda hüquq-mühafizə və məhkəmələrə 3,4 milyard manat ayrılacaq
-
Yaponiya vətəndaşlara xəbərdarlıq etdi: Fəlakətə hazır olun
-
Bu şəxslərin iş və istirahət saatları dəyişdirilir - Yeni qərar
-
BMT-nin Baş katibi kim olacaq? - Azərbaycan mövqeyini açıqladı
-
Dünyada bu meyvə bahalaşacaq
-
Nəzakət Məmmədovanın qızının toyundan görüntülər - (Video)
-
Məhkəmədən mühüm qərar: Barışıq olan yerdə azadlıq mümkündür





