Rusiya

Bu çaylarda təhlükəli kimyəvi maddələr AŞKARLANDI: marketlərdən yığışdırılır

1 Oktyabr 2025 15:32
Baxış: 826
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

2025-ci ilin ilk səkkiz ayında Rusiyada aparılan yoxlamalar zamanı 111 tondan çox pestisidlərlə çirklənmiş çay aşkarlanıb.

Milli.Az xəbər verir ki, məlumatı "İzvestiya" qəzeti yayıb.

Mütəxəssislər 57 mindən artıq çay nümunəsini analiz ediblər. "Tess", "Greenfield", "Rus Tea Company", "Zolotaya Çaşa", "Beseda" kimi tanınmış brendlərdə təhlükəli kimyəvi maddələr tapılıb. Araşdırmalar nəticəsində ölkənin yeddi böyük istehsalçısının məhsullarında pozuntular müəyyən edilib: Universal Food Technologies, Orimi, RChK-Trading, United Tea Company, Shennong, Symphony və Ryazan Çay Qablaşdırma Fabriki.

İctimai İstehlakçı Təşəbbüsünün rəhbəri Oleq Pavlov məsələ ilə bağlı Baş Prokurorluq və hökumətə müraciət edərək, qanun pozucularının məsuliyyətə cəlb olunmasını tələb edib. Pestisidlərin insan sağlamlığı üçün ciddi təhlükə yaratdığı vurğulanır. Rospotrebnadzor isə təhlükəli məhsulların artıq dövriyyədən çıxarıldığını açıqlayıb.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.