Dünya

İtaliyada zorakılığa məruz qalan qadınlara ayda 400 avro veriləcək

26 Noyabr 2021 21:43
1 Şərh     Baxış: 496
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyada zorakılığa məruz qalan qadınlara dövlət tərəfindən ayda 400 avro veriləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə İtaliyanın ailə və bərabər imkanlar naziri Elena Bonetti deyib.

Nazir ölkəsinin qadınlara qarşı zorakılıqla mübarizə məqsədilə həyata keçirəcəyi tədbirləri açıqlayıb. Qeyd edib ki, dövlət zorakılığa məruz qalan qadınlara ayda 400 avro məbləğində "azadlıq gəliri" verməyə hazırlaşır.

Qeyd edək ki, 1999-cu ildən etibarən noyabrın 25-i Beynəlxalq Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Günü qeyd olunur.

Birləşmiş Millətlər Təşkilatının məlumatına əsasən, təkcə ötən il dünyada 87 min qadın öldürülüb.

Dünya Bankının hesablamalarına görə, dünyada 1 milyard qadın zorakılığa məruz qalır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.