Dünya

Fransada buster doza ilə əsas doza arasındakı vaxt azaldılıb

25 Noyabr 2021 23:29
0 Şərh     Baxış: 1 339
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa COVİD-19-la mübarizədə yeni qaydalar tətbiq edir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, dekabrın 15-dən etibarən 65 yaşdan yuxarı vətəndaşlar təkrar vaksinasiyadan keçməsələr onlara verilmiş sağlamlıq sertifikatları etibarsız sayılacaq.

Yanvarın 15-dən isə eyni qaydalar 18 yaşdan yuxarı hər kəsə şamil ediləcək. Bu barədə ölkənin səhiyyə naziri Olivye Veran məlumat verib. İlkin dozalarla buster doza arasındakı vaxt 5 aya endirilib. Bundan əlavə, sabahdan etibarən qapalı məkanlarda, eləcə də Milad bazarlarında maskadan istifadə məcburi olacaq.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.