Dünya

Almaniyada koronavirusa rekord sayda yoluxma qeydə alınıb

24 Noyabr 2021 09:10
0 Şərh     Baxış: 509
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyada ötən sutka ərzində koronavirusa 66 884 yoluxma halı qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu, bütün pandemiya dövrü ərzində bir sutkada qeydə alınan ən çox yoluxma sayıdır. Bundan öncəki antirekord noyabrın 18-i (65 371 yoluxma halı) qeydə alınmışdı.

Hazırkı dövrədək ölkədə koronavirusa yoluxanların ümumi sayı 5 497 795 nəfər təşkil edir.

Bildirilir ki, son sutka koronavirusdan 335 nəfər, ümumilikdə isə 99 768 nəfər vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.