Dünya

Botoks elətdirən qadının üzü iflic oldu - FOTO

23 Noyabr 2021 12:16
0 Şərh     Baxış: 1 020
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qırışlardan azad olmaq və dərisinin hamarlığı üçün botoks etdirən Nyu-York sakini Daniel Leyden bu qərarından tezliklə peşman olub.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, belə ki, seans zamanı kosmetoloq qadının üzünə çoxlu dərman yeridib ki, bu da sağ göz qapağının ptozuna (aşağı sallanmasına) səbəb olub.

Amerikalının sözlərinə görə, o, bir neçə həftə iflic vəziyyətdə qalıb, göz qapağı açılmayıb. Nəhayət Leyden üzünü əvvəlki görünüşünə qaytarmağa kömək edən xüsusi damcılar tapdığını vurğulayıb. Qadın dərmanın adını qeyd etməyib.

O, prosedurun uğursuz nəticəsini və sağalma müddəti ilə bağlı kadrları özünün "TikTok" hesabından paylaşıb.

Video sosial şəbəkələrdə çoxsaylı müzakirələrə səbəb olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.