Dünya

Serj Sarkisyan korrupsiya ilə bağlı dindirilir

22 Noyabr 2021 12:20
1 Şərh     Baxış: 536

Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyan təqsirləndirilən şəxs qismində dindirilmək üçün Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağırılıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı vəkil Amram Makinyan açıqlayıb.

Söhbət 2019-cu ildə müxtəlif vaxtlarda yüksək vəzifəli məmurlara rüşvət verdiyini bildirən qalmaqal ilə tanınan sahibkar Silva Ambarçumyanın işindən gedir. Ambarçumyan daha əvvəllər vurğulayıb ki, Serj Sarkisyana rüşvət verməyib və onunla tanış olmayıb. 

Vəkil Amram Makinyan Sarkisyanın dindirilmək üçün çağırılmasını absurd hesab edib və qeyd edib ki, iki il əvvəl Serj Sarkisyan şahid qismində dindirilib və indiyədək bu işlə bağlı yeni nəsə baş verməyib.

Milli.Az 

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Ali · 22 Noyabr 12:2310

    Alçağın adı serj yox serjik-dir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.