Dünya

Peyvənd vurdurmaq hər il tələb olunacaq - Professor AÇIQLADI

21 Noyabr 2021 19:18
1 Şərh     Baxış: 603

"BioNTech"in qurucularından olan Uğur Şahin illik 1 doza peyvəndin virusa qarşı effektiv olacağını açıqlayıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, U.Şahin bildirib ki, dördüncü aydan sonra peyvəndin təsiri azalmağa başlayır və altıncı ayda bu azalma daha da sürətlənir.

"Həmçinin bu peyvənd ağır xəstəliklərin qarşısını alır. Koronavirusa qarşı peyvənd olunanlar bu xəstəlikdən daha yüngül formada sağalırlar.

Bizim (Pfizer - red.) peyvənd artıq iki doza olaraq təsdiqlənib. Əhəmiyyətli olan odur ki, peyvəndin üçüncü dozası yenidən müdafiəni artırır. Biz peyvəndin iki dozasından sonra qorunmanın daha uzun sürəcəyini gözləyirik və qripdə olduğu kimi, ildə 1 dəfə peyvənd kifayətdir. Bununla belə, hazırda dördüncü doza koronavirus peyvəndinin təsiri və onun nə vaxt tətbiq edilməsi ilə bağlı araşdırmamız yoxdur. Yeni variantlardan narahat deyilik və bilirik ki, virusdan qorunmanı yenidən 95 faizə çatdıra bilərik", - professor qeyd edib.

Milli.Az

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Samire · 21 Noyabr 21:0330

    Bizim bir tanışın qohumu buster dozadan sonra dünyasını dəyişdi. 52 yaşında.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.