Dünya

Kurosavanın “Oskar” qazandırdığı dizayner vəfat etdi

21 Noyabr 2021 17:45
0 Şərh     Baxış: 612
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur yapon rejissoru Akira Kurosavanın 1985-ci ildə çəkdiyi "Ran" filmi ilə "Oskar" mükafatı qazanan tanınmış dizayner Emi Vada dünyasını dəyişib.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, 84 yaşında dünyasını dəyişən məşhur geyim dizaynerinin ölüm səbəbi açıqlanmayıb.

Yaponiya mətbuatının məlumatına görə, noyabrın 13-də dünyasını dəyişən Vadanın dəfn mərasimi ailəsi və yaxın dostlarının iştirakı ilə keçirilib.

Karyerası boyu bir çox prodakşn dizayn edən Vada 2020-ci ildə Venesiya Beynəlxalq Film Festivalında premyerası olan Ann Huinin "Məhəbbətdən sonra sevgi" filminin kostyum dizaynlarını da öz üzərinə götürmüşdü.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.