Dünya

Bu sənəd 43 milyona satıldı - FOTO

21 Noyabr 2021 10:18
0 Şərh     Baxış: 655
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ konstitusiyasının orijinal nüsxəsi hərraca çıxarılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Sotheby's" hərrac evi tərəfindən keçirilən açıq artırmada sənəd 43,2 milyon dollar qarşılığında alıcıya təqdim edilib.

Ödənişin tarixi bir sənəd üçün verilən rekord məbləğ olduğu bildirilib.

Əlyazmalar və qədim əşyalar üzrə mütəxəssis Selbi Kiffer bu sənədin imzalanma ərəfəsində çap edilən 500 ədəd nüsxənin bir hissəsi olduğunu açıqlayıb.

Qeyd edək ki, sözügedən nüsxənin sonuncu sahibi olan Qolman ailəsi 1988-ci ildə sənədi almaq üçün 165 min dollar ödəyib. Bildirilib ki, sənədi satışa çıxaran Qolman əldə etdiyi bütün vəsaiti öz adını daşıyan fonda bağışlayacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.