Dünya

Slovakiya da lokdaun tətbiq edəcək

19 Noyabr 2021 21:40
0 Şərh     Baxış: 398
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qonşu Avstriyada olduğu kimi Slovakiyada da koronavirusa qarşı peyvənd olunmayanlar üçün lokdaun qüvvəyə minir.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, noyabrın 22-də qüvvəyə minəcək bu qərar ölkədəki xəstəxanalardakı vəziyyəti yüngülləşdirməyə xidmət edir.

Bu barədə məlumat verən Baş nazir Eduard Heqer bildirib ki, yeni qaydalar peyvənd olunanlar və COVID-19 xəstəliyindən sağalanlara şamil olunmayacaq. Sərt məhdudiyyətlər xəstəxanalardakı vəziyyətin ağırlaşması və təcili olmayan cərrahi əməliyyatların təxirə salınması fonunda səhiyyə qurumlarının xəbərdarlığı və yardım çağırışlarından sonra tətbiq olunub.

Noyabrın 22-dən etibarən Slovakiyada peyvənd olunmamış şəxslər kütləvi tədbirlər, qastronomiya obyektləri, otel və ticarət mərkəzlərinə daxil ola bilməyəcəklər. Ərzaq məhsulları və təxirəsalınmaz malların alınması, eləcə də xidmətlərin göstərilməsi isə gigiyena tədbirlərinə əməl olunması ilə mümkün olacaqdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.