Dünya

“Taliban” İŞİD-ə qarşı əməliyyat keçirdi

18 Noyabr 2021 15:58
0 Şərh     Baxış: 576
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Taliban" hərəkatının yaratdığı təhlükəsizlik qüvvələri Kabildə İŞİD terror qruplaşmasının nümayəndələrinin olduğu yeri aşkar edərək zərərsizləşdiriblər.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı hərəkatın nümayəndəsi İnamulla Samanqani öz tviter hesabında paylaşıb.

Onun sözlərinə görə, əməliyyat Əfqanıstanın paytaxtının şimal-qərbində Xair-Xana bölgəsində həyata keçirilib. Talibançılar bir terrorçunu zərərsizləşdirib və bir neçə yaraqlını saxlayıblar. Hazırda həmin şəxslərlə bağlı araşdırma aparılır.

Qeyd edək ki, sentyabr ayından bu yana Əfqanıstanın paytaxtı da daxil olmaqla bir neçə əyalətində partlayışlar, silahlı hücumlar və atışmalar baş verir. Bu insidentlər zamanı həm talibançılar, həm də dinc əhali arasından həlak olanlar var. İŞİD-in bir qolu olan "Xorasanda İslam Dövləti" adlı qruplaşma bu hadisələrin bəzilərinə görə məsuliyyəti öz üzərinə götürüb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.