Dünya

Kosmonavtların Yerə qayıdışı yenidən təxirə salınıb

8 Noyabr 2021 09:48
0 Şərh     Baxış: 564
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynəlxalq Kosmik Stansiyada (BKS) çalışan kosmonavtıarın yerə qayıtması təxirə salınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, 4 astronavt stansiyanı bazar günü tərk edərək ertəsi gün ABŞ-ın Kaliforniya ştatında Yerə enməsi planlaşdırılırmışdı. Lakin Floridada güclü küləyə görə proses təxirə salınıb.

Yeni plana əsasən kosmonavtları daşıyan gəmi bu gün günorta saatlarında BKS-dan ayrılacaq. Kosmonavtların Yerə çərşənbə axşamı çatması gözlənilir.

Qeyd edək ki, bu dəfə stansiyanın tərkibinin yenilənməsi başqa formada həyata keçiriləcək. Meqan Makartur, Şan Kimbrouq (ABŞ), Akihiko Hoşide (Yaponiya) və Tomas Peske (Fransa) Yerə qayıtdıqdan sonra 4 astronavt stansiyaya gedəcək. Səbəb Crew-3 gəmisinin startının əlverişsiz havaya görə 3 dəfə təxirə salınmasıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.