Dünya

Daha bir internet nəhəngi Çin bazarından çəkildi

7 Noyabr 2021 20:25
0 Şərh     Baxış: 878
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Geniş istifadə olunan e-poçt müştərisi ilə tanınan ABŞ-ın Yahoo internet şirkəti "hüquqi və biznes problemlərinin artması səbəbindən" Çin bazarından çıxmaq qərarına gəlib.
Milli.Az fins.az-a istinadən bildirir ki, şirkətdən verilən açıqlamada, internet xidmətlərinin noyabrın 1-dən Çinin materik hissəsindən istifadə olunmayacağı bildirilib.

"Şirkət olaraq biz istifadəçilərimizin hüquqlarına, açıq və pulsuz internetə sadiq qalmağa davam edəcəyik", - deyə məlumatda bildirilir.

Şirkətin bazardan çəkilmək barədə açıqlaması Çində 1 Noyabrda Fərdi Məlumatların Qorunması Qanununun qüvvəyə minməsindən sonra verilib.

Çindəki qanuni qaydalara görə, internet şirkətləri istifadəçi məlumatlarını səlahiyyətlilərlə paylaşmağa borcludur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.